Çinli boksçu Azərbaycan idmançısının zərbələrinə davam gətirə bilmədi

Çinli boksçu Azərbaycan idmançısının zərbələrinə davam gətirə bilmədi

Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatda Azərbaycanı təmsil edən boksçu Pərviz Bağırov (69 kq) Yu-Jen Vanqla (Çin) görüşüb. Döyüş vaxtından əvvəl idmançımızın xeyrimizə başa çatıb. İkinci raundda noqdauna düşmüş rəqib, döyüşü davam etdirə bilməyib.
Çempionatın 1/16 finalında P.Bağırov moldovalı Vasili Belousla üz-üzə gələcək.
Digər boksçumuz Rauf Rəhimov (81 kq) polşalı Mateuş Triklə qarşılaşacaq.
Qeyd edək ki, idmançılarımız Elvin İsayev (60 kq) və Heybətulla Hacəliyev (64 kq) birinci turun rinqini qələbə ilə tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə