Bu axşam Avropa Liqasının qrup oyunlarına start verilir!

Bu axşam Avropa Liqasının qrup oyunlarına start verilir!

Bu axşam UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək. Siasport.az saytı xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində 12 qrupdan 48 komanda mübarizəyə qoşulacaq. Bu turun bütün qarşılaşmalar eyni gündə keçiriləcək. 24 görüşün 12-si Bakı vaxtı ilə saat 22:00-da, qalanları isə 00:05-də baş tutacaq. Azərbaycanlı futbolsevərlərin yaxından maraqlandığı qarşılaşma Sloveniyada keçiriləcək. Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" klubu səfərdə "Maribor"un qonağı olacaq.
Digər bir maraqlı görüşdə isə qardaş ölkə Türkiyənin "Trabzonspor" klubu səfərdə Kipr "Apollon"u ilə üz-üzə gələcək. Qara dəniz təmsilçisi ilk dəfə yer aldığı Avropa Liqasının qrup mərhələsinin oyunlarına qalibiyyətlə başlamaq istəyir.

Avropa Liqasının
Qrup mərhələsinin
I tur

19 sentyabr


A qrupu
22:00. "Sent Qallen" (İsveçrə) – "Kuban" (Rusiya)
22:00. "Valensiya" (İspaniya) – "Suonsi" (İngiltərə)

B qrupu
22:00. "Dinamo" (Xorvatiya) – "Çernomorets" (Ukrayna)
22:00. PSV (Hollandiya) – "Ludoqorets" (Bolqarıstan)

C qrupu
22:00. "Zalsburq" (Abstriya) – "Elfsborq" (İsveç)
22:00. "Standard" (Belçika) – "Esbyerq" (Danimarka)

D qrupu
22:00. "Maribor" (Sloveniya) – "Rubin" (Rusiya)
22:00. "Zulte Varegem" (Belçika) – "Viqan" (İngiltərə)

E qrupu
22:00. "Fiorentina" (İtaliya) – "Pakos de Fereyra" (Portuqaliya)
22:00. "Panduri" (Rumıniya) – "Dnepr" (Ukrayna)

F qrupu
22:00. "Ayntraxt" (Almaniya) – "Bordo" (Fransa)
22:00. "Makkabi" (Təl-Əviv, İsrail) – APOEL (Kipr)

G qrupu
00:05. "Dinamo" (Ukrayna) – "Genk" (Belçika)
00:05. "Tyun" (İsveçrə) – "Rapid" (Avstriya)

H qrupu
00:05. "Eştoril" (Portuqaliya) – "Sevilya" (İspaniya)
00:05. "Frayburq" (Almaniya) – "Liberets" (Çexiya)

İ qrupu
00:05. "Betis" (İspaniya) – "Lion" (Fransa)
00:05. "Gimaraynş" (Portuqaliya) – "Riyeka" (Xorvatiya)

J qrupu
00:05. "Apollon" (Kipr) – "Trabzonspor" (Türkiyə)
00:05. "Latsio" (İtaliya) – "Legiya" (Polşa)

K qrupu
00:05. "Şerif" (Moldova) – "Anji" (Rusiya)
00:05. "Tottenhem" (İngiltərə) – "Tromse" (Norveç)

L qrupu
00:05. "Makkabi" (Hayfa, İsrail) – "AZ Alkmaar" (Hollandiya)
00:05. PAOK (Yunanıstan) – "Şaxtyor" (Qazaxıstan)

Bütün xəbərlər Facebook səhifəmizdə