Madrid "Atletiko"sunun baş məşqçisi olan Dieqo Simeone, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Zenit"lə oyundan sonra maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, D.Simeone ispaniyalı həmkarlarımızla söhbətində bildirib ki, komandası Rusiya klubuna qarşı əla oyun nümayiş etdirib: "İlk hissədə topa daha çox nəzarət etdik və rəqibə əks-hücum şansı verdik. Xeyli qol epizodu yaratsaq da, bunun yalnız birindən yararlandıq. Fasilədən sonra "Zenit" daha yaxşı oynadı. Hətta hesabı da bərabərləşdirdilər. Ancaq biz ikinci və üçüncü qolu vurmaqla oyundan qalib ayrıldıq. Komandamın bu görüşdə yaxşı oynadığını düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB