Tovuzda "Turan-T" komandasının qonağı olan "Araz Naxçıvan" səfər oyununda hesabına 3 xal yazdırmağı bacarıb. Siasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi matçın 10-cu dəqiqəsində tovuzluları meydanın mərkəzinə dəvət edib. Akif Tağıyev "qırmızı-ağlar"ın ilk qolunun müəllifi kimi tarixə düşüb. 27-ci dəqiqədə tovuzlular hesabı bərabərləşdirməyə Kamil Xanıyevin qolu ilə müvəffəq olublar. İlk hissədə əlavə qol olmadığından komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1. İkinci hissənin başlanması ilə hücuma atılan Əsgər Abdullayevin "drujinası" 52-ci dəqiqədə öz istəyinə çatıb. Komandanın kapitanı Emin İmaməliyev tablodakı hesabı naxçıvanlıların xeyrinə dəyişib - 1:2. Qalan dəqiqələrdə "çərçivələr" sabit saxlanıldığından "Araz Naxçıvan" ilk oyunda qazanmış olduğu 3 xalın sevincini Tovuzda yaşayıb.
Qeyd edək ki, növbəti turda "Araz-Naxçıvan" evdə Şəmkirin eyniadlı komandasını qəbul edəcək. Matç 22 sentyabr saat 18:00-da Naxçıvan Muxtar Respublika stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB