AFFA yeni layihələrdə işləmək üçün menecerləri işə dəvət edir. Siasport.az saytının məlumatına görə, yüksək əmək haqqı nəzərdə tutulan bu vəzifələrdə çalışmaq istəyənlər sentyabr ayının 30-na qədər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Namizədlər üçün tələb olunan şərtlər:
1. İdarəetmə və yaxud biznesin təşkili sahəsində ali təhsili olmalıdır.
2. Ən azı 2 dil bilməlidir.
3. Minimum 2 illik iş təcrübəsinə malik olmalıdır.
4. Ünsiyyətçil olmalıdır.
5. Futbola və ya digər idman növlərinə marağı olmalıdır.
Qeyd edək ki, məqbul hesab olunan namizədlər müsahibədən uğurla keçəcəkləri təqdirdə işə qəbul olunacaq və AFFA tərəfindən ixtisaslarını artırmaq üçün xarici ölkəyə seminara göndəriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB