Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevin istefa verdiyi bildirilir. Siasport.az saytının məlumatına görə, hələ ki, bu barədə rəsmi açıqlama olmasa da Türkiyə və Rusiya mətbuatında bununla bağlı xəbərlər yayımlanıb.
F.Qarayevin milli komandamızın Avropa çempionatındakı uğursuzluqları ilə bağlı istefa verdiyi iddia olunur. Məlumata görə, o, komandanı köməkçisi Aleksandr Çervyakova tapşırıb. Xəbəri yığmamızın məşqçisi Aleksandr Çervyakov da təsdiq edib: "O, çox məyusdur. Bu qərar emosional şəkildə verilib".
Azərbaycan Voleybol Federasiyasının isə istefanı qəbul edib-etməyəcəyi hələ bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB