Bahodir Nasimov Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib

Bahodir Nasimov Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib

"Neftçi" PFK-nın hücumçusu Bahodir Nasimov şərəfini qoruduğu Özbəkistan millisinin heyətində növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində İordaniya yığması ilə səfərdə keçirilmiş matçın start heyətində yer almış futbolçu 65-ci dəqiqədə əvəzlənib. Qarşılaşma 1-1 hesabı ilə başa çatdığından cütün taleyinə sentyabr ayının 10-da keçiriləcək cavab oyunundan sonra aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə