Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" (2:0) matçından sonra 5 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sabah - sentyabrın 6-ı təlim-məşq prosesini bərpa edəcək. Siasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında bir araya gələcək komanda hazırlıqlarını Qəbələdə keçirəcək. Milli komandaların heyətində olan Volodimir Levin (Azərbaycan milli komandası), Ürfan Abbasov, Amit Quluzadə (hər ikisi Azərbaycan U-21), Sadiq Quliyev və Elvin Camalov (hər ikisi Azərbaycan U-19) hazırlıq prosesinə sonradan qoşulacaq.
Xatırladaq ki, "Qəbələ" Premyer Liqanın növbəti - VI turunda səfərdə paytaxt təmsilçisi AZAL-la qarşılaşacaq. Matç sentyabrın 15-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB