Topaz Premyer Liqasının V turunda "Şəfa" stadionunda "İnter"in qonağı olacaq "Simurq" hazırlıqları ara vermədən davam etdirir. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da məşqə çıxan komanda son çalışmalarda əsasən taktiki təmrinlərə üstünlük verib. Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin məşqi isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılması üçün tapşırıqlar yerinə yetirildikdən sonra, taktiki çalışmalara üstünlük verilib. Məşqin əsas hissəsində gürcü mütəxəssis futbolçularına qısa və uzun ötürmələr, rəqibi əks hücumda tutmaqdan ibarət tapşırıqlarını verib. Sonra isə ikitərəfli oyun və cinahlardan asmalar yerinə yetirilib. Xatırladaq ki, komandanın "İnter"lə görüşü sentyabrın 1-də saat 20:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB