İspaniya Superkubokunun cavab oyunu keçirilib. Siasportun verdiyi xəbərə görə, həlledici görüşdə ötən mövsümün La Liqa çempionu "Barselona" ilə Kral kubokunun qalibi "Atletiko" qarşılaşıb. Tərəflər cavab görüşündə qolsuz bərabərə qalıblar. Bununla da ilk oyunda səfərdə 1 qol vurmağı bacaran Kataloniya klubu Superkubokun qalibi olub.
İspaniya Superkuboku (cavab oyunu)
28 avqust
"Barselona" – "Atletiko" – 0:0
İlk oyun – 1:1
Qırmızı vərəqə: F. Luis, 81, A. Turan, 90 ("Atletiko")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB