Bastian Şvanştayger zədələndi

"Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvanştayger Avropa Superkuboku oyununda "Çelsi" ilə keçiriləcək matçda aldığı zədə səbəbindən iştirak edə bilməyəcək. Siasportun məlumatına görə, bu barədə Münhen klubunun baş məşqçisi Xosep Qvardiola məlumat verib. Futbolçu ölkə çempionatında "Frayburq"la keçirdiyi matçda 79-cu dəqiqədə zədələnərək meydanı tərk edib.

Qeyd edək ki, matç avqustun 30-da Praqada keçiriləcək. Oyunu isveçli hakim Yonas Eriksson idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə