Portuqaliyanın "Braqa" klubu Guadiano Trophu turnirində İngiltərənin "West - Hem" komandası üzərində qələbə qazanıb. Portuqaliyanın Portimane şəhərində keçirilən görüş 1:0 hesabı ilə "Braqa"nın xeyrinə başa çatıb. Matçda vurulan yeganə qolun müəllifi Rafa (63 dəq) olub.
Avqustun 5 -də keçirilən görüşdə "West - Hem" Portuqaliyanın "Sportinq" klubuna da məğlub olmuşdu (3:2).
Turnir bu gün "Braqa" və "Sportinq" görüşü ilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB