İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu növbəti dəfə PSJ komandasına transfer olunmaq təklifi ilə razılaşmayıb. Siasport.az portalının R.Sport agentliyinə istinadən verdiyi xəbərə görə, səbəb kimi PSJ tərəfindən futbolçuya veriləcək illik əmək haqqının (22 milyon avro) onu qane etməməsi göstərilir. Tərəflər arasında bağlanacaq müqavilənin tərtibatı imzalanmaq üçün tam hazır vəziyyətdə olub. Bundan əvvəl "Mançester Siti" və "Monako"nun təklifi də (ildə 18 milyon avro) Ronaldu tərəfindən qəbul olunmayıb.
Qeyd edək ki, "Real" klubu ilə Ronaldu arasında hazırda qüvvədə olan müqavilənin müddəti 2014-cü ildə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB