"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov "Qarabağ"ın Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç "Gefle"si ilə oyunlardakı şanslarını dəyərləndirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, Azerisport.az saytına müsahibəsində bildirib ki, "Qarabağ" öz oyununu sərgiləyə bilsə, qalib gələcək: "Rəqibə hörmət etməmək qətiyyən olmaz. Hər halda qarşımızdakına yuxarıdan aşağı baxmağın nəyə gətirib çıxardığını bu mövsüm bir neçə komandamızın timsalında gördük. "Gefle" adi rəqib deyil. İnanmıram ki, onlar Bakıya məğlub olmaq üçün gəliblər. Amma "Qarabağ" öz oyununu sərgiləyə bilsə, qalib gələcək. Əlbəttə, bu qələbə heç də asan olmayacaq. Digər tərəfdən hətta ilk oyun heç-heçə bitsə də, bunu faciəyə çevirmək lazım deyil. Çünki "Qarabağ" səfərdə də istəyinə çata bilər. Mən komandamızın uğur qazanacağına inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB