Bu gün Çümpionlar Liqasında növbəti oyunlar keçiriləcək

Bu gün Çümpionlar Liqasında növbəti oyunlar keçiriləcək

Bu gün Litvanın "Jalqis" və Polşanın "Lex" komandaları Çempionlar liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqlar. Bu barədə Siasport İnterfaks agentliyinə istinadən xəbər verir.

2007-ci ildə İntertoto kuboku yarışları çərçivəsində Vilnüsdə keçirilən "Vetra" və Polşanın "Legia" matçında 3 min nəfər polşalı azarkeş tərəfindən törədilən insidentdən sonra Litva hüquq mühafizə oqranları və Sərhəd Xidməti bu günkü oyunda insanların təhlükəsizliyini təmin etmək məqsədilə ciddi tədbirlər görürlər. Bu tədbirlərə Litva hökuməti tərəfindən "qara siyahı"ya salınmış polşalıların ölkəyə buraxılmaması, biletlərin yalnız sənəd əsasında satılması (bir nəfərə iki biletdən artıq olmamaq şərtilə), matç ərzində stadiona yaxın ərazilərdə keşik çəkilməsi və s. daxildir. Polşalı azarkeşlər isə tutumu 4500 nəfər olan stadiona UEFA-nın ayırdığı kvotaya uyğun olaraq cəmisi 300 bilet ala biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə