İspaniyanın ən yaşlı futbolçusu vəfat edib

İspaniyanın ən yaşlı futbolçusu vəfat edib

İspaniyanın futbol tarixində ən çox yadda qalan qapıçılardan biri 89 yaşlı Antoni Romalyets dünən Vilya – frankadel - Penedes şəhərində vəfat edib. Bu barədə Siasport İnterfaks agentliyinə istinadən xəbər verir. Antoni Romalyets 1946-1961-ci illər ərzində "Barselona"nın tərkibində 538 oyun keçirib. O, 6 dəfə İspaniya çempionu, 5 dəfə ölkə kuboku, 2 dəfə isə Avropa Liqasının kubokunu qazanıb.

Futbolçu İspaniya yığmasının tərkibində 35 dəfə, dünya birinciliyində isə bir dəfə (1950 – ci il) iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə