Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib. Siasportun məlumatına görə,ölkəmiz reytinqdə 30-cu pillədəki mövqeyini qoruyub.
"İnter" və "Qarabağ" ölkəmizin reytinqinə xal yazdırıblar. Belə ki, "İnter" qələbə sayəsində Azərbaycanın reytinqinə əlavə 0,250 xal, "Qarabağ" isə bu mövsüm ilk heç-heçəsi ilə 0,125 xal yazdırmış olub.
Bu mövsüm Azərbaycan UEFA-da 2.000 reytinq xalı qazanıb ki, bunun da 0.875 xalı "Qarabağ"ın, 0.625 xalı "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın və nəhayət 0.125 xal "Neftçi"nin payına düşür.
Qeyd edək ki, qrup mərhələsinə kimi qazanılan hər qələbə ölkəyə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB