Useyn Bolt dopinq qalmaqalına münasibət bildirib

Useyn Bolt dopinq qalmaqalına münasibət bildirib

Yamaykalı sprinter Useyn Bolt adının dopinq qalmaqalında hallandırılması ilə bağlı yayılan informasiyalara münasibət bildirib. Bu barədə Siasoprt RİA-Sport agentliyinə istinadən xəbər verir: "İndiyə kimi heç bir qadağan olunmuş dərman preparatlarından istifadə etməmişəm və buna ehtiyacım yoxdur. Qoy azarkeşlərim bilsinlər ki, Asafi Pouella və Tayson Qey ətrafında yaranan dopinq qalmaqalında mənim adımın hallandırılıması düzgün deyil. Mən təmizəm və insanlara ilham vermək, onları sevindirmək üçün yaranmışam".

Xatırladaq ki, Useyn Bolt 6 dəfə Olimpiya, 5 dəfə isə dünya çempionu titulunu qazanıb. O, 2009-cu ildə 100 metr məsafəni 9,58 saniyə ərzində qaçaraq bütün rekordları qırmağa müvəffəq olub.

Cavid Əkbərov

Bütün xəbərlər Facebook səhifəmizdə