Dünən UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Skenderbeu" ilə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılan Bakını "Neftçi" futbol klubu, gələn həftə Albaniyaya yollanacaq. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar" cavab qarşılaşması üçün iyulun 22-də Bakını tərk edərək Korçe şəhərinə yollanacaqlar. Qeyd edək ki, "Neftçi" və "Skenderbeu" arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab matçı iyulun 23-də Albaniyanın Korçe şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB