Yenicə Madrid "Real"ının sükanı arxasına keçən Karlo Ancelotti, komandada ciddi islahatlara başlamaq istəyir. Siasport.az saytı xəbər verir ki, italyan futbol mütəxəssisi artıq "Real"ın 8 futbolçusuna qapını göstərməyə hazırlaşır. İspaniyanın nüfuzli "AS" qəzeti iddia edir ki, K.Ancelotti yeni mövsümdən "Real"da öz oyun sistemini qurmağa hazırlaşır və bir çox futbolçuları sərəncamında görmək istəmir. Yeni baş məşqçinin "qara siyahısına" Kaka, Fabio Koentrau, Qonzalo İquain, Kallehon, Anxel Di Mariya, Adam və Xesus Fernandes kimi futbolçular daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB