Transfer pəncərəsində ən fəallardan olan "Xəzər Lənkəran" artıq Avropa Liqası üçün iştirak ərizəsini təqim edib. "Ağ yaşıllar"ın bu addımı bir sıra suallara gətirib çıxardı. Çoxları cənub klubunun bu transferlərlə kifayətlənib-kifayətlənməyəcəyini düşünür. Bu suallara klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Siasport-a açıqlamasında aydınlıq gətirdi: "Hələ ki, danışıq apardığımız futbolçular yoxdur. Amma transfer pəncərəsi bağlanana qədər daha iki transferimiz ola bilər. Əgər komandamız ilk mərhələni keçsə, təbii ki, ikinci mərhələ üçün transferlərimiz olacaq".
"Toşak bu futbolçularla mərhələ keçə bilərmi" sualına isə Cəbrayıloğlu belə cavab verdi: "Hər şey baş məşqçidən asılıdır. O kimi dedisə, rəhbərlik də həmin futbolçunu gətirdi. Toşak istədiyi futbolçuları alıb. Yalnız komandaya bir hücumçu lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB