Madrid "Atletiko"sundan Fransa "Monako"suna transfer olunan Radamel Falkao, hər bir ulduz futbolçunun həsəd aparacağı fantastik pul qazanmaqla öyünə bilər. Siasport.az saytı xəbər verir ki, fransız klubuna yenicə transfer olunan kolumbiyalı forvard, fransız klubunda ildə 14 milyon avro, ayda 1 milyon 666 min 666 avro, həftədə 270 min avro, gündə 38 min avro, saatda 1580 avro və dəqiqədə 26 avro qazanacaq. "Monako" 27 yaşlı bu futbolçunun transferi üçün Madrid klubuna 60 milyon avro məbləğ transfer haqqı ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB