Braziliyalı veteran futbolçu Roberto Karlos yenidən Türkiyə Superliqasına qayıdır.
Siasport xəbər verir ki, əfsanəvi oyunçu bu dəfə futbolçu kimi yox, məşqçi kimi çalışacaq. Onun "Sivasspor"la hər mövzuda razılığa gəldiyi bildirilib. Rza Çalımbayın istefasından sonra bir vaxtlar "Fənərbaxça"da da çıxış etmiş Karlosa təklif göndərən komanda müsbət cavab alıb. Hazırda "Anji"də idman direktoru vəzifəsində çalışan Roberto Karlosun gələn həftə Sivasa gələcəyi və klubla rəsmi müqavilə imzalayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB