İyun ayının 17-də İBA U-14 Cup uşaq futbol turniri başlayacaq. Siasport xəbər verir ki, turnirin iştirakçıları arasında dəyişiklik baş verdi. Belə ki, Kazanın "Rubin" komandasının yerinə Gürcüstanın "Dinamo"(Tbilidi) komandası iştirak edəcək. Buna səbəb "Rubin"in iyul ayında Kazan şəhərində XXVİİ Ümumdünya Universiadanın keçirilməsidir.
Xatırladaq ki, turnirdə "İnter" (Azərbaycan), "Partizan" (Serbiya), "Vilyarreal" (İspaniya), "Yurqorden" ( İsveç), "Dinamo" (Gürcüstan), "Ayntraxt" (Almaniya), "Karpatı" (Ukrayna) və "Beşiktaş" (Türkiyə) komandaları iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB