Millimiz eyni rəqibə eyni hesabla məğlub olub

Millimiz eyni rəqibə eyni hesabla məğlub olub

Dünən "Bayıl" stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında aprelin 23-də keçirilmiş yoldaşlıq oyunu da eyni hesabla türkiyəli futbolçuların qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə