Cüdo üzrə Avropa çempionatına start verilib

Cüdo üzrə Avropa çempionatına start verilib

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatı başlayıb. Siasport idman portalının məlumatına görə, qitənin ən nüfuzlu yarışının ilk günündə tatami üzərinə üç Azərbaycan cüdoçusu çıxacaq. Qitə birinciliyində 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Vüqar Şirinli ilk mərhələdə Yuho Reynvallı (Finlandiya) sınağa çəkəcək. Həmyerlimiz qalib gələcəyi halda növbəti görüşdə gürcüstanlı Amiran Papinaşvili ilə münasibətinə aydınlıq gətirəcək.

Budapeştdə medal ümidlərimizdən olan Nicat Şıxəlizadə (66 kq) birinci görüşünü Aleksander Veyçinqerə (Avstriya) qarşı keçirəcək. Cüdoçumuz qalib gələcəyi təqdirdə Denis Kozlovs (Latviya) – Nikola Gusiç (Çernoqoriya) cütünün güclüsü ilə qarşılaşacaq. Çempionatda 57 kiloqram çəki dərəcəsində yarışacaq Kifayət Qasımova püşkün nəticəsinə görə, ilk mərhələdə rumıniyalı Onai Loredana ilə üz-üzə gələcək.

Qeyd edək ki, 4 gün davam edəcək yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə