Böyükağa Hacıyev: "Qarabağ” bizə layiq rəqibdir"

Böyükağa Hacıyev: "Qarabağ” bizə layiq rəqibdir"

Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran"ın rəqibi paytaxtın "Neftçi" klubu olacaq. Siasport idman portalının məlumatına görə, yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" klubu ilə 2:2 hesablı heç-heçəyə nail olan "Neftçi" 28 mayda keçiriləcək Azərbaycan kubokunun final oyununa vəsiqəni əldə edib.

Baş məşqçilərin fikirlərini diqqətinizə çatdırırıq:

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. "Qarabağ"a qarşı düzgün taktika seçdik. Riçard Almeyda və Reynaldo Silvanı "bağlamaq" üçün Denis Silva və Erik Ramosu meydana buraxmışdıq. İkinci qolu Stamenkoviçin böyük səhvindən buraxdıq. "Qarabağ" bizə layiq rəqibdir. Avrokuboklarda uğurlu çıxış edəcəklərinə inanıram. Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran"la qarşılaşacağıq. Güclü olanın qazanmasını istəyirəm".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Maraqlı və gərgin oyun oldu. Azarkeşlər dörd qol gördülər. Oyunda sona kimi mübarizə apardıq, lakin istədiyimiz alınmadı. "Neftçi" komandası bu gün yaxşı oynadı. Artıq komandanı "Qəbələ" ilə növbəti çempionat oyununa hazırlamaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə