Hövsan Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə açıq Bakı çempionatı keçirilib. Siasport idman portalının məlumatına görə, yarış budonun fri-kontakt, full-kontakt və semi-kontakt versiyaları üzrə təşkil olunub. Çempionatda Bakı və respublikanın bölgələrindən 380-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 59 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Qeyd edək ki, çempionatın baş hakimi Ruhi Hüseynov, baş katibi isə Əlimusa Balayev olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB