Quaresma yenidən Türkiyə Superliqasına qayıdır?

Quaresma yenidən Türkiyə Superliqasına qayıdır?

İstanbulun "Beşiktaş" futbol klubunun keçmiş ulduz futbolçusu olan, hazırda Qətərin "Al Ahli" klubunda çıxış edən portuqaliyalı Rikardo Quaresma, yenidən futbolçu koryerasını Türkiyə Superliqasında davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, İstanbul klubundan qalmaqallı şəkildə ayrılan ulduz futbolçuya Superliqada bu mövsüm göstərdiyi əzmkar futbol ilə rəğbət qazanan, hazırda turnir cədvəlində "Beşiktaş"la qonçu sırada qərarlaşan "Kasımpaşa" klubu təklif göndərib. Türkiyənin "Miliyyet" qəzeti yazır ki, "Kasımpaşa"nın bu mövsüm UEFA Avropa Liqasında çıxış etmək şansının olması, portuqaliyalı futbolçunun bu komandaya keçə biləcəyi ehtimalının gücləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə