Anar Salmanov “Neftçi” – “Qarabağ” oyununun qurbanı oldu...

Anar Salmanov “Neftçi” – “Qarabağ” oyununun qurbanı oldu...

AFFA, "Neftçi" – "Qarabağ" qarşılaşmasının baş hakiminə qarşı ağır cəza tədbiq edib. Siasport.az saytı xəbər verir ki, bu cəzanın verilməsi, Anar Salmanovun Azərbaycan kubokunun 1/2 final mərhələsinin "Neftçi" – "Qarabağ" oyununda kobud səhvə yol verməsi səbəb olub. AFFA və PFL rəsmiləri oyunun videoyazısına baxdıqdan sonra A.Salmanovun "Qarabağ"ın qapısına 64-cü dəqiqədə penalti təyin ediləndə (bu zaman hesab 1:0 Ağdam komandasının xeyrinə olub) qaydanın pozulmadığını üzə çıxarıb. Bu səbəbdən Anar Salmanovun mövsümün sonuna qədər Topaz Premyer Liqanın heç bir oyununa təyinat almayacağı dəqiqləşib. Bununla belə, əldə etdiyimiz başqa məlumata, görə bu, son cəza da deyil. A.Salmanov bundan da ağır cəzaya məruz qala bilər. Konkret olaraq, onun növbəti mövsümdən ya hakimlikdən birdəfəlik kənarlaşdırılması, ya da birinci diviziona göndərilməsi məsələsi müzakirə olunur. Sadəcə, A.Salmanovun FİFA referisi statusunu daşıması səbəbindən AFFA hələlik daha sərt qərar çıxarmağa tələsmir.

Bütün xəbərlər Facebook səhifəmizdə