"Benfika" finalda!

Portuqaliyanın "Benfika" futbol klubu, ölkə Kubokunun finalına yüksəlib. Siasport.az saytı xəbər verir ki, "Benfika" "Pakos Ferraria" klubu ilə qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılaraq, futbol üzrə ölkə Kubokunun finalına yüksəlib. "Benfika"nın qollarına Oskar Kordoza və Çiçera imza atıblar. Xatırladaq ki, "Benfika" UEFA Avropa Liqasının yarımfinalında İstanbulun "Fənərbaxça" klubunun rəqibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə