Daşkənd şəhərində ağır atletika üzrə keçirilən Dünya Birinciliyində dünən milli komandamızın üzvləri körpücük üzərinə çıxıblar. Siasport.az saytının məlumatına görə, oğlanların yarışında 56 kq çəki dərəcəsinin B qrupunda iki atletimiz - Əhmədov Esmin və İmanzadə Rüstəm mübarizə aparıb. İdmançılarımız təxminən eyni cür çıxış ediblər. İmanzadə birdən qaldırmada əvvəlcə 90 kq, sonra isə iki cəhddə 95 kq-ı ram edib. Nəticədə bu hərəkət ilə 5-ci olub. Əhmədov isə əvvəlcə 85 kq-I başı üzərinə qaldırıb. Ancaq 90 kq-ı iki dəfəyə qaldıra bilməyən Esmin, bu hərəkətdə 19-cu pillədə qərarlaşıb. Təkanla qaldırmada İmanzadə 115 kq-ı uğurla qaldırandan sonra, 120 kq-ı iki dəfə ram edə bilməyib. Nəticədə o, bu hərəkətdə 9-cu yeri tutub. Əhmədov isə 110 kq-ı iki cəhddə qaldırandan sonra, 116 kq-a gəlib və onu uğurla qaldırıb. Esmin bu hərəkətdə 8-ci olub. Toplamda B qrupunda Rüstəm İmanzadə 210 kq-la (95 kq + 115 kq) 8-ci, Əhmədov Esmin isə 201 kq-la (85 kq + 116 kq) 11-ci yeri tutub.
Qeyd edək ki, yekun sıralamadakı İmanzadə 18-ci, Əhmədov 21-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə





USD
EUR
GBP
RUB