Azərbaycanın ən güclü gənc cüdoçuları kimlərdir?

Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, gənclərdən ibarət yığma komandaya seçim və gələcək beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan yarış Azərbaycanda ənənəvi olaraq keçirilir. Bu il ilk dəfədir 21 yaşlı cüdoçular da yarışa qatılıblar.
Gənclər arasında Azərbaycan birinciliyində respublika üzrə 49 klubdan 318 çüdoçu gücünü sınayıb. Onlardan 33-ü qız, 285-i isə oğlandır.
Yarışın sonuncu günü Cəlil Cəlilov (66 kq), Afiq Səfərli (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq) və Andrey Fətiyev (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə