Millimiz Latviyaya gedəcək

Martın 24-dən Latviyanın paytaxtı Riqada 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, hazırlıq müddətində yığmamızın Latviyanın U-16 komandası ilə 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Osmanov Tural - "Neftçi"

Tağıyev Elçin - "Bakı"

Akimov Kamil - "Qarabağ"

Əliyev Kamran - "Bakı"

Əhmədli Sərxan - "Neftçi"

Şirinov Əli - "Neftçi"

Muradov Rövlan - "Neftçi"

Cəfərov Yusif - "Bakı"

Əliyev Emil - "Bakı"

Dəmirov Elvin - "Qəbələ"

Baxışəliyev Baxışəli - "Qəbələ"

Mehdiyev Pilağa - "Neftçi"

Süleymanov Nicat - "Bakı"

Qədiyev İbrahim - "Neftçi"

Əsədli Fərid - "Qəbələ"

Hacıyev Ruslan - "Qarabağ"

Qarayev Qara - "Əlincə"

Rizvanov Ərziman - "Neftçi"

Tamazov Nihad - "Qarabağ"

Yaqubzadə Tusif - "Tambov" (Rusiya)


Qeyd edək ki, təlim-məşq toplanışı martın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə