"Neftçi"nin çilili futbolçusu Xose Luis Kabion ondan tələb olunan oyunu göstərə bilmir. Siasport.az saytının məlumatına görə, sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayan legioner baş məşqçi Böyükağa Hacıyevin tələblərinə cavab vermir. Bu səbəbdən, Xose Luis Kabion əvəzedicilərin çempionatında oynamaqla kifayətlənir. Onu hələ yaxın vaxtlarda da "Neftçi"nin əsas heyətində görməyəcəyik.
Qeyd edək ki, Kabion hazırda əsas komanda ilə məşq etsə də, əvəzedici heyətdə oynamağa məhkumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB