AZAL klubunda ciddi itki

Bakının AZAL futbol komandası ciddi itki ilə üzləşib. Siasport.az saytının məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Usim Nduka sıradan çıxıb. Topaz Premyer Liqasının XXIII turu çərçivəsində "Kəpəz"lə oyunun start heyətində yer alan milliləşdirilmiş futbolçu zədələndiyi üçün 44-cü dəqiqədə əvəzlənib.

Müayinədən sonra zədənin ciddi olduğu müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə