Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kempo üzrə açıq Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "TOĞRUL" İK, "Boz oğuz" İK, "Peşəkar Döyüş Növləri"İK, Sumqayıt, "Kobra"İK, Zaqatala. Pirallahı OİK, Cəlilabad, "Qarabağ" İK, BJJ Akademiyası, Dağıstan, "Azfayter" İK, "KANO" İK komandalarını təmsil edən 178 idmançı mübarizə aparıb. Nəticələrə görə Submişn (Qraplinq) üzrə I yerə 25 kq cəki dərəcəsində Nicat Məmmədov ("Toğrul" İK), 30 kq çəki dərəcəsində Toğrul İbrahimli ("Toğrul" İK), 35 kq çəki dərəcəsində Kamran Əzizov ("Kano" İK), 45 kq çəki dərəcəsində Sənan Şahmarov ("Boz oğuz"İK), 60 kq çəki dərəcəsində Məhərrəm Qasımov ("Kano" İK), 18 yaşdan yuxarı idmançılar arasında I yerə 60 kq çəki dərəcəsində Əzim Quliyev ("Qarabağ"İK), 65 kq çəki dərəcəsində Hidayət Məmmədov (BJJ Akademiyası), 70 kq çəki dərəcəsində Əhməd Qurbanlı (BJJ Akademiyası), 75 kq çəki dərəcəsində Azər Cəfərzadə ("Azfayter" İK), 80 kq çəki dərəcəsində Tural Rəsulzadə ("Toğrul" İK), mütləq çəki dərəcəsində Əzim Quliyev ("BJJ Akademiyası") layiq görülüblər.
Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB