UEFA yenə "Fənərbaxça"ya "yox" dedi...

UEFA, yenə də "Fənərbaxça"nın ona kəsilmiş cəzanı dəyişdirmək barədəki xahişini rədd edib. Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumu, UEFA Avropa Liqası çərçivəsində "Bate" ilə keçirilmiş qarşılaşmada meydana yanan məşəllərin atılmasına görə, İstanbul klubunun "Viktoriya" ilə keçiriləcək qarşılaşmada boş tribunalar qarşısında oynaması barədəki qərarını dəyişməyərək, qüvvədə saxlayıb. Beləcə, "Fənərbaxça" ardıcıl ikinci qarşılaşmanı da boş tribunlar qarşısında keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə