"Neftçi"nin 8 futbolçusu milli komandanın düşərgəsinə çağırıldı

"Neftçi"nin 8 futbolçusu milli komandanın düşərgəsinə çağırıldı

"Neftçi" PFK-nın 8 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli yığma komandanın düşərgəsinə çağırılıb. Siasport.az saytının məlumatına görə, Mirhüseyn Seyidov, Araz Abdullayev, Elvin Yunuszadə, Emin Mehtiyev, Tərlan Quliyev, Kərim Diniyev, Emil Balayev və Rəşad Əzizov milli komandanın heyətində 13 günlük təlim-məşq toplanışına dəvət edilib. Mart ayının 15-də başlanacaq hazırlıq çəçivəsində "Neftçi"nin futbolçuları yığma komandanın heyətində 3 beynəlxalq oyunda meydana çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə