"Qarabağ" sabah ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, 1:1-in revanşında şimal klubunu qəbul edəcək Ağdam təmsilçisinin tək hədəfi yarımfinaldır. Vacib görüş öncəsi "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyunla bağlı danışıb: "Hazırlıqlar normal qaydada gedir. Bilirik ki, bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Rəqibimizin bəlkə də ən əsas hədəfi kubokdur. Məlumdur ki, Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq. Yarımfinala çıxmaq istəyirik. Bunun üçün isə "Qəbələ"ni keçməliyik. İlk oyunda qeydə alınmış nəticə ilk baxışdan bizə sərfəli görsənir. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir. "Mançester Yunayted"in vəziyyətinə düşüb-düşməyəcəyimizi deyə bilmərəm. Belə baxanda, ingilislərə 1:1-lik nəticə sərf etsə də onlar yenə də qol vurdular, mübarizə aparırdılar. Sadəcə qırmızı vərəqə Ferqyüsonun yetirmələrini pis vəziyyətdə qoydu. Bundan sonra oyun dəyişdi. "Qəbələ" ilə oyunda "qırmızı" almağı düşünmürük. Bəli 2 ildir, "Qəbələ"ni məğlub edə bilmirik. Amma heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də qələbə qazana bilmirik. Futbolda belə şeylər olur. Təbii ki, biz də nə vaxtsa "Qəbələ"ni məğlub etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB