Biri sıradan çıxdı, biri qayıtdı

Biri sıradan çıxdı, biri qayıtdı

Məşqləri davam etdirən "Kəpəz" klubu tam heyətlə hazırlaşa bilmir. Siasport.az saytının məlumatına görə, komandanın heyətində zədəli futbolçuların sayı ikiyə çatıb. Məşqlərdən kənar qalan Emin Əliyevə Məhərrəm Müslümzadə də qoşulub. Gənc futbolçu əzələsini dartıb. Həkimlər hazırda onun zədəsinin müalicəsi ilə məşğuldurlar. Bu səbəbdən Müslümzadə bir müddət məcburi şəkildə dincəlməli olacaq.
Ötən həftə məşqlərin birində zədələnməklə komanda yoldaşlarından ayrı düşən Pirkuli Saparov isə heyətə dönüb. O, dünəndən məşqlərə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə