Zlatan İbrahimoviç "PSJ"-ni növbəti mərhələyə daşıdı

Zlatan İbrahimoviç "PSJ"-ni növbəti mərhələyə daşıdı

Futbol üzrə Fransa Kubokunun 1/8 final mərhələsi çərçivəsində daha iki qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, Bordo" səfərdə aşağı liqa təmsilçisi "Raon L Etape" ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə, daha dəqiq oynayan qonaqlar növbəti mərhələyə adlayıblar. Günün əsas qarşılaşması isə, "PSJ" və "Olimöik Marsel" arasında keçirilib. Prinsipial qarşılaşmada "PSJ" Zlatan İbrahimoviçin dublu sayəsində 1/4 final mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə