Güləşin inkişaf etdiyi ölkələr BOK-un təklifinə etiraz etdilər

Güləşin inkişaf etdiyi ölkələr BOK-un təklifinə etiraz etdilər

Güləşin daha geniş yayıldığı 10 ölkə - Yaponiya, ABŞ, Azərbaycan, İran, Rusiya, Türkiyə, Belarus, Bolqarıstan, Qazaxıstan və Gürcüstan bəyan ediblər ki, onlar bu idman növünün olimpiya oyunları proqramında saxlanılması üçün öz səylərini birləşdiriblər. Siasport.az saytının məlumatına görə, həmin 10 ölkənin rəsmi nümayəndələri fevralın 20-də Tehranda keçirilən güləş üzrə dünya kuboku yarışları çərçivəsində məsələnin müzakirə edildiyi debatlara qatılıblar. Görüş Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2020-ci ilin olimpiya oyunları proqramından çıxarılacaq idman növləri siyahısında güləşin namizəd kimi göstərilməsi barədə qərarına etiraz olaraq keçirilib.

Həmin idman növü üzrə rəhbər orqanların rəsmi nümayəndələri BOK-un müvafiq qərarına qarşı birgə etiraz etmək barədə razılığa gəliblər. Görüş zamanı BOK-a birgə petisiyanın təqdim edilməsi qərara alınıb. Məsələ ABŞ ilə İran arasında çox az təsadüf edilən işbirliyinə də səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə