"XXI turda bizi "Xəzər-Lənkəran"la çətin mübarizə gözləyir. Matça bütün oyunlara olduğu kimi ciddi hazırlaşmışıq. İnanıram ki, maksimum nəticə qazanıb altılıqdakı yerimizi təmin edəcəyik". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqanın XXI turu çərçivəsində baş tutacaq "Xəzər-Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına açıqlamasında deyib. Mütəxəssis komandada yüksək ab-havanın hökm sürdüyünü bildirib: "Komandanın hər bir fərdi, hər bir futbolçusu üzərinə düşən məsuliyyəti çox gözəl dərk edir, anlayır. Kollektiv olaraq yalnız qələbəyə köklənmişik. Komandada yüksək ab-hava, gözəl atmosfer hökm sürür. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur. Lənkəran təmsilçisi də Qəbələyə xal və ya xallar dalınca gəlir. Bu baxımdan bizi maraqlı və gərgin mübarizə gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB