Bu axşam "Qalatasaray"-"Şalke" dueli olacaq!

Bu axşam "Qalatasaray"-"Şalke" dueli olacaq!

Bu axşam Bakı vaxtı ilə saat 23:45-də futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İstanbulda yerli "Qalatasaray" klubu Almaniya "Şalke"sini qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində bir dəfə də uduzmayan "Şalke"nin İstanbulda hansı nəticə göstərəcyi maraq doğurur. Ən azı 4-5 aparıcı futbolçunun zədə üzündən meydana çıxmayacağı "Şalke", İstanbuldan sərfəli nəticə ilə dönməyi planlaşdırır. "Qalatasaray" da doğma azarkeşlər qarşısında qələbəyə sevinmək üçün meydana çıxacaq. Uesli Sneyder, Didye Droqba kimi ulduz futbolçulara sahib olan İstanbul klubunun almanlara qarşı sərgiləcəyi oyun da olduqca maraqla gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə