Cüdo yığmamızdan daha bir uğursuzluq

Cüdo yığmamızdan daha bir uğursuzluq

Cüdo üzrə Azərbaycan yığması daha bir uğursuzluğa imza atıb. Siasport.az saytının məlumatına görə, Parisdə təşkil olunmuş "Böyük Dəbilqə" turnirində çıxış edən idmançılarımız heç bir nəticə əldə edə bilməyiblər. Belə ki, yarışa 5 cüdoçu ilə qatılan yığma komandamızın bütün üzvləri (Tərlan Kərimov (66 kq), Rüstəm Alimli (81 kq), Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov, Şəhməd Məhəmmədov (hər ikisi 90 kq) birinci və ya ikinci görüşlərində məğlub olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə