Norveçin Tana şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında "Tana Cup-2013" beynəlxalq turniri keçirilib. Siasport.az saytının məlumatına görə, ev sahiblərindən əlavə, onların İsveç, Finlandiya və Rusiyadan gəlmiş yaşıdları da mükafatlar uğrunda mübarizə aparıblar. Yarışda Rusiya Federasiyasını Sankt-Peterburq, Kondoloqa, Volqoqrad, Tver, Nijni Novqorod, Novodvinsk, habelə Murmansk vilayətinin Murmansk, Oleneqorsk, Moloçnı və Snejnoqorsk şəhərlərinin komandaları təmsil ediblər.
Komanda hesabında Murmansk güləşçiləri müvəffəqiyyət qazanıblar.
Birinci yeri qəhrəman Murmansk şəhərinin 13 nömrəli olimpiya ehtiyat qüvvələri idman məktəbinin yetirmələri – həmvətənlərimiz Mirzəkərim Əlimirzəyev və Abbasmirzə Əlimirzəyev, onlardan başqa, Artur Afanasyev, Danila Quşşin, Vladislav Yelisov, Aleksandr Yerko, Aleksandr Kustaryov, Kiril Neqoryuyev, Yevgeni Orlov, Aleksey Proxorov, Kiril Fyodorov, Mixail Şelyakin və başqaları tutublar.
İkinci yerə Moloçnıdan olan idmançılar, üçüncü yerə isə snejnoqorsklular çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB