"Real" yarımfinala yüksəldi

Futbol üzrə İspaniya Kral Kubokunun 1\4 final mərhələsində cavab qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə "Valensiya"nın qonağı olan Madrid "Real"ı rəqibinə qalib gələ bilməyib. Belə ki, ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanan Madrid klubu, cavab qarşılaşmasında 1:1 hesablı bərabərliyə razılaşıb. Bununla belə, növbəti mərhələyə adlayan tərəf "Real" olub. Bundan başqa, ilk qarşılaşmada "Zaraqoza" ilə qolsuz bərabərliyə qalan "Sevilya", ikinci görüşdə rəqibini 4:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə