"Ayaks"ın baş məşqçisi Sneyderin "Qalatasaray"a transferi barədə danışdı

"Ayaks"ın baş məşqçisi Sneyderin "Qalatasaray"a transferi barədə danışdı

Hollandiyanın "Ayaks" futbol klubunun baş məşqçisi olan Frank De Boer, keçmişdə futbolçu kimi çıxış etdiyi İstanbulun "Qalatasaray" futbol klubu haqqında danışıb. Siasport.az saytı xəbər verir ki, "Ayaks"ın çalışdırıcısı, hollandiyalı futbol ulduzu Uesli Sneyderin İstanbul klubuna transfer olunmasını doğru addım adlandırıb. O bildirib ki, hazırda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni davam etdirən İstanbul nəhəngi, U.Şneyderin gələcək koryerası və Hollandiya millisindəki çıxışı baxımından olduqca önəmli klubdur.

Bütün xəbərlər Facebook səhifəmizdə