Mehman Hacıyev: "Verilən qərarı doğru addım hesab edirəm"

Mehman Hacıyev: "Verilən qərarı doğru addım hesab edirəm"

Təlim-məşq toplanışını Gəncədə keçirən "Kəpəz"in əvəzedici heyətinin üzvlərindən test götürülüb. Siasport.az saytının məlumatına görə, futbolçuların müxtəlif məsafələr üçün qaçış sürəti yoxlanılıb. Bu barədə komandanın əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyev açıqlama verib: "Futbolçular 30, 15 və 7,5 metr məsafəyə qaçdılar. Burada sürətlə yanaşı, dözümlülük də vacibdir. Yerindən təkanla tullanmada da oyunçuların vəziyyətini yoxladıq. Çempionatın startı öncəsi yenə komanda üzvlərindən test götürüləcək. Nəticələr bir daha gözdən keçiriləcək".

Komandaya yeni gələn M.Hacıyev təyinatı haqda da fikirlərini bölüşüb. O, əvəzedicilərin özü üçün yad olmadığını bildirib: "Elə "dubl"dan əsas heyətə getmişdim, indi də köhnə komandama geri döndüm. Əvəzedicilərə dönüşümlə bağlı verilən qərarı doğru addım hesab edirəm. Bu gün əsas komandada gördüyünüz gənclər bir vaxtlar rəhbərliyim altında oynayıblar. Çalışacağıq ki, bunun davamı gəlsin və yeni-yeni istedadlar tapıb, "Kəpəz"ə bəxş edək".

Bütün xəbərlər Facebook səhifəmizdə